“Neftçi”nin müdafiəçisi Azər Əliyevlə yollar ayırmaq istədiyini xəbər vermişdik.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, buna səbəb futbolçunun cari mövsüm aşağı səviyyəli performansı ilə yanaşı, tez-tez zədələnməsi və nizam-intizam problemlərinin olmasıdı.
Hətta komandanın sabiq baş məşqçisi Miodraq Bojoviç Əliyevin davranlışlarından təngə gəlib və mövsümün sonuna 2 tur qalmış onu əvəzedici heyətə göndərib. Lakin futbolçu ağrıları olduğunu bəhanə gətirərək, əvəzedici komanda ilə məşqə çıxmayıb.
Həsən Quluzadə