Şimali Osetiyada Rusiyanın Su-34 bombardmançı təyyarəsi qəzaya uğrayıb, ekipaj həlak olub.
Oxu24.com-un xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Şimali Osetiya-Alaniya Respublikasının dağlıq relyefində planlaşdırılmış təlim uçuşu zamanı Rusiya Aerokosmik Qüvvələrinin Su-34 təyyarəsi qəzaya uğrayıb”, - deyə nazirliyin iyunun 11-də yaydığı məlumatda bildirilir.
Məlumata görə, təyyarə səhra ərazisinə düşüb. Yerdə dağıntı yoxdur. Təyyarənin qəzaya uğramasının ilkin səbəbi texniki nasazlıqdır. Şimali Osetiyanın operativ xidmətlərindən bildirilib ki, təyyarədə iki pilot olub.
Mənbə: TASS.ru
Yeganə