RU

Vyetnamın şimal-şərq bölgəsində rekord miqdarda yağıntı qeydə alınıb

Vyetnamın şimal-şərq bölgəsində rekord miqdarda yağıntı qeydə alınıb

Vyetnamın şimal-şərq bölgəsinin bir çox ərazilərində may və iyun aylarında rekord miqdarda yağıntı qeydə alınıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Vyetnam Milli Hidrometeorologiya Proqnozlaşdırma Mərkəzi məlumat yayıb.

Mərkəzin hava proqnozu şöbəsindən bildirilib ki, Quanq Ninh əyalətinin bəzi ərazilərində yağıntının miqdarı 307-367 millimetr arasında qeydə alınıb.

Məlumatda qeyd olunub ki, may ayında Vyetnamda yağıntıların ümumi miqdarı keçən ilin eyni dövrü ilə müqayisədə 20-60 faiz çox olub.

İyulun əvvəlində tayfunların güclənəcəyi proqnozlaşdırılır. Mərkəzdən verilən məlumata görə, leysan yağış, tufan, dolu və güclü külək yerli yaşayış vasitələrinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Mənbə: AZƏRTAC

Избранный
102
1
ilk.az

2Источники