RU

Azərbaycanda daşınar əmlaka dair yüklülük bildirişlərinin sayı 250 mini keçib

Azərbaycan Mərkəzi Bankının (AMB) Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinə (DƏYDR) daxil edilmiş yüklülük məlumatlarının sayı 250 mini keçib.

"İki sahil” bu barədə AMB-yə istinadən xəbər verir.

Əvvəlcədən qeyd olunduğu kimi, ən çox istifadə edilən kateqoriyalar bank hesabları, zinət əşyaları, dövriyyədə olan mallar, mebel, heyvanlar, istehlak malları və avadanlıqlardır.

Xatırladaq ki, DƏYDR kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını yaxşılaşdırmaq və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə yaradılıb.

Избранный
139
4
ikisahil.az

5Источники