Rusiya ordusu Ukraynada daha iki qəsəbəni işğal edib.
Mia.az Rusiya mətbuatına istinadla xəbər ki, bu barədə Rusiya Müdafiə Nazirliyi günlük bülletendə məlumat verib.
Nazirlikdən bildirilib ki, Rusiya ordusu Ukraynada irəliləyişi davam etdirir: "Qərb Hərbi Birləşməsinin bölmələrinin fəal hərəkətləri nəticəsində Luqansk Xalq Respublikasının Artyomovka qəsəbəsi və Xarkov vilayətinin Timkovka qəsəbəsi artıq tamamilə nəzarətimiz altına alınıb. Hazırda xüsusi hərbi əməliyyat məqsədinə doğru inamla irəliləyir.."
Firudin Səfərli
MİA.AZ