Bakı. Trend:
Şimali Atlantika Alyansı (NATO) Ukraynaya hərbi dəstək üçün həril 40 milyard avro ayırmaq niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə NATO-nun baş katibi YensStoltenberq Latviyada "Buxarest Yeddiliyi" sammitində deyib.
O qeyd edib ki, bu mövzu blokun ABŞ-da keçiriləcək sammitindəmüzakirə olunacaq. Baş katib əlavə edib ki, NATO lazım olduğumüddətdə bu maliyyə səviyyəsini saxlamalıdır.
Bundan əlavə, baş katib Vaşinqtonda keçiriləcək sammitdəUkraynaya bütün hərbi təchizatı koordinasiya etmək səlahiyyətininABŞ-dan bloka verilməsi barədə qərar veriləcəyinə əminliyini ifadəedib.