Ermənistan parlamentinin binası qarşısındakı polis əməkdaşlarının sayı artırılıb.
APA-nın “azatutyun.am”a istinadən xəbərinə görə, buna səbəbin “Vətən uğrunda Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan və tərəfdarlarının burada etiraz aksiyası keçirəcəyi ilə bağlı məlumatın olduğu göstərilir.
Səhər saatlarından etibarən bina əllərində rezin dəyənəklər olan polis nəfərləri tərəfindən mühasirəyə alınıb.Telegram Widget
Qeyd edək ki, iyunun 11-də Qalstanyan rəhbəri olduğu hərəkatın üzvlərini bu gün yerli vaxtla saat 15:00-da qanunverici orqanın qarşısına toplaşmağa çağırıb.