Lənkəranda rabitəçini elektrik cərəyanı vuraraq öldürüb.
Gundem.az xəbər verir ki, “Report”un məlumatına görə hadisə rayonunun Gərmətük qəsəbəsi ərazisində baş verib.
Belə ki, "Aztelekom"un əməkdaşı, internet xətti çəkərkən, rayonunun Mamusta kənd sakini 1992-ci il təvəllüdlü Cəmil Zöhrab oğlu Həsənov ehtiyatsızlıq edib və yüksək gərginlikli elektrik xəttlərinə toxunub. Nəticədə yüksək gərginlikli elektrik vurması baş verib.
C.Həsənov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa həkimə qədər ölüm faktı qeydə alınıb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.