“İyul ayının 1-dən etibarən mövcud qanunvericiliyin tətbiqinə başlanılacaq. Tətbiq prosesi getməmişdən əvvəl taksi sürücülərini kifayət qədər məlumatlarla təmin etmişik”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov deyib.
“Onlar öz fəaliyyətlərini mövcud qanunvericiliyin tələblərini uyğunlaşdırmaq üçün texniki, metodoloji və mümkün resurslar çərçivəsində dəstək xidmətlərindən yararlanırlar. Düşünürəm ki, iyulun 1-dən tam qanunvericiliyin tətbiqinə başladığımız halda hazırlıq müddətində gördüyümüz işlərin faydasını həm taksi sürücləri, həm də dövlət qurumları olaraq hiss edəcəyik”, – deyə nazir müavini bildirib.