Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, iyunun 12-si saat saat 21 radələrində radələrində rayon ərazisində S.Quliyevin idarə etdiyi "VAZ-2105" markalı avtomobil yol kənarında dayanmış "VAZ-21015" markalı avtomobilə çırpılıb. S.Quliyev bundan sonra idarəetməni itirib və 3 piyadanı vurub.
Nəticədə 3 yaşlı D.Məmmədli dünyasını dəyişib, nənəsi - M.Ağalıyeva və 2019-cu il təvəllüdlü U.Məmmədli xəsarət alıblar.