ABŞ Prezidenti Co Bayden və Ukrayna lideri Volodimir Zelenski iyunun 13-ü İtaliyada keçiriləcək G7 sammiti çərçivəsində ikitərəfli təhlükəsizlik sazişi imzalayacaqlar. AZƏRTAC-ın verdiyi məlumata görə, ABŞ Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, Ukraynaya dəstək sazişi ABŞ qoşunlarının Ukraynanın müdafiəsində birbaşa iştirakını nəzərdə tutmayıb.
“Bu sazişlə biz ABŞ-ın Ukrayna xalqını dəstəklədiyini, onların yanında olduğunu və onların təhlükəsizlikə bağlı məsələlərinin həllinə kömək edəcəyimizi nümayiş etdirmək istəyir”-, deyə müşavir qeyd edib.
Məlahət Nəcəfova
Vaşinqton
Mənbə: AZƏRTAC