RU

Gədəbəydə dəhşət: gənc oğlan arvadını usta ilə bir otaqda gördü, amma... – ŞOK

Gədəbəy rayonunda 1990-cı il təvəllüdlü Samir qısqanclıq zəminində mübahisə zamanı arvadı Nərmini (adlar şərti verilib – red.) öldürüb.
 
Samir 1990-cı il təvəllüdlü arvadı Nərminin ona xəyanət etməsini zənn eləyib və onu öldürmək qərarına gəlib.
 
6 dekabr 2022-ci ildə saat 13 radələrində o, Gədəbəy rayonunun kəndində yaşadıqları evin həyətindəki mal tövləsinin giriş qapısından baltanı götürüb və tövləyə daxil olub. Kürəyində 2019-cu il təvəllüdlü azyaşlı oğlu Emini şalla bağlı vəziyyətdə təmizlik işləri ilə məşğul olan arvadı Nərminə yaxınlaşıb.
 
Orada olan 2016-cı il və 2017-ci il təvəllüdlü övladlarının gözləri qarşısında belində digər övladı olan Nərminə balta ilə xəsarətlər yetirib. Zərbənin təsirindən Nərmin yerə yıxıldıqdan sonra əlindəki balta ilə onun baş nahiyəsinə yenidən bir zərbə vurub. Qadın aldığı xəsarətlərdən vəfat edib.
 
“İkinci dəfə ailə qurdum”
 
İstintaq orqanı tərəfindən Samirin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, ailəsi atası, anası, qardaşı, bacılarından ibarət olub. 2012-ci ildə Zəminə adlı qadınla qeyri-rəsmi ailə qurub:
 
“Övladlarımız olmadığı üçün 1 il sonra Zəminədən ayrıldım. 2015-ci ildə həmkəndlim Nərminlə rəsmən ailə qurduq. Həmin evlilikdən 2016-cı il təvəllüdlü Səma, 2017-ci il təvəllüdlü Naidə və 2019-cu il təvəllüdlü Emin adlı övladımız doğuldu.
 
Ailə üzvlərimlə birlikdə atama məxsus evdə yaşayaraq təsərrüfatla məşğul olmuşam. Rəsmi olaraq heç yerdə işləməmişəm”.
 
“Özümü yaxşı hiss edirəm”
 
Təqsirləndirilən şəxs qeyd edib ki, 2016-cı ilin yanvarında hərbi xidmətə yollanıb, həmin ilin ya iyun, ya da iyul ayında psixoloji problemləri ilə əlaqədar hərbi xidmətdən tərxis olunub: “Tərxis olunduqdan sonra Bakı şəhərində mərkəzi hərbi hosbitalda təxminən 2 aya yaxın stasionar müalicə aldım. Bundan sonra evə buraxıldım və kənddə yaşadım”.
 
Samirin sözlərinə görə, 2021-ci ildə yenidən psixoloji problemləri yaranıb, bununla bağlı həmin ilin yanvar ayında atası ilə birlikdə Bakı şəhərinə gedərək Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya xəstəxanasında təxminən 20 gün stasionar müalicə alıb: “Müalicədən sonra özümü normal hiss etdim. Hal-hazırda da özümü yaxşı hiss edirəm. Səhhətimdə hər hansı problem yoxdur.
 
2016-2021-ci illər ərzində psixoloji problemlərlə əlaqədar mənə 2-ci qrup əlillik dərəcəsi təyin edildi. Aylıq 130 manat müavinət alırdım. 2021-ci ildə əlillik dərəcəm ləğv olundu”.
 
“Cinsi əlaqədə olub-olmadıqlarını görməmişəm”
 
Samir qeyd edib ki, 6 dekabr 2022-ci ildə səhər saat 8 radələrində yuxudan oyanaraq atası ilə birlikdə səhər yeməyi yeyib: “Saat 10 radələrində arvadım Nərminin anası, yəni qayınanama zəng etdim. Məqsədim Nərminlə aramızda yaranmış mübahisəni həll etmək və arvadımı evdən göndərmək idi.
 
Əvvəllər arvadımla heç bir mübahisələrimiz olmayıb. Normal ər-arvad münasibətləriylə dolanmışıq. 2022-ci ilin noyabr ayının ortalarında yaşadığımıız evin divarlarına suvaq vurdurduq. Suvaq işlərini soyadını bilmədiyim həmkəndlim, eyni zamanda atamın dayısı nəvəsi Elcan görürdü.
 
Qış aylarında heyvanları kənd ərazisində atla 2 saatlıq məsafədə yerləşən “Göl” adlanan ərazidə saxlayırdıq. 2022-ci ilin noyabr ayında da heyvanlar “Göl” adlanan ərazidə idi. O ərəfədə yaşadığımız evin divarlarına suvaq vurdururduq. Bu evdə arvadım və uşaqlarım qalırdı. Atam, anam və mən isə “Göl” adlı qışlaqda olurduq.
 
Noyabr ayının xatırlamadığım günündə “Göl”dən kənddəki evə gəldikdə pəncərədən baxdım və suvaq vuran Elcanla arvadım Nərmini evin içərisində gördüm. Evə daxil olmadım. Onların cinsi əlaqədə olub-olmadıqlarını da görmədim”.
 
“Beynimdə şübhələr yaranmağa başladı”
 
Samirin sözlərinə görə, həmin vaxtdan sonra arvadının ona xəyanət etdiyini düşünüb: “Evə girmədim, “Göl” adlanan əraziyə qayıtdım. Dekabr ayının xatırlamadığım günündə, cinayət hadisəsini törətməmişdən təxminən 3 gün əvvəl Nərmindən mənə xəyanət edib-etmədiyini soruşdum.
 
Nərmin and içərək xəyanət etmədiyini bildirdi. Dedi ki, mənim səndən başqa heç kəslə əlaqəm yoxdur. Buna baxmayaraq, arvadımın mənə xəyanəti ilə bağlı beynimdən şübhələr sovuşmadı”.
 
Samir deyib ki, həmin il dekabrın 6-da zəng edərək qayınanasını yaşadığı evə çağırıb: “Ona Nərmini aparması üçün çağırdığımı dedim və evə dəvət etdim. Qayınanam gələndə Nərminlə dolanmağın qeyri-mümkün olduğunu bildirdim. Evdə atam, arvadım və qayınanamla birlikdə süfrədə oturaraq çay içdik. Mən atama qayınanamı arvadımı aparması üçün çağırdığımı dedim.
 
Nərminə də paltarlarını yığıb anası ilə getməyi tapşırdım. O mənimlə razılaşmadı. Qayınanam bizdən gedərkən Nərmini aparmasını desəm də, arvadım yenə buna razı olmadı. Belə olduqda Nərmin sözümə baxmadığı və özbaşına qərar verdiyi üçün onu öldürmək qərarına gəldim”.
 
“Mən sənin xəyanətini özümə sığışdıra bilmirəm”
 
Samirin sözlərinə görə, dekabrın 6-da yaşadıqları evin həyətində mal tövləsində atası və arvadı təsərrüfat işləri görməyə davam edib: “Mən evin həyətində gəzişirdim. Anam və qardaşım isə “Göl” adlanan sahədə, heyvanların yanında idilər. Atam araba ilə peyin daşıyır, arvadı isə tövləni təmizləyirdi.
 
Nərmin tövlənin girişində çardaq hissədə olarkən yenidən ona yaxınlaşıb: “Nətər olacaq, mən sənin xəyanətini özümə sığışdıra bilmirəm, sən də çıxıb getmədin” - dedim. Nərmin “yeri get, işində ol” dedi. Bundan daha da əsəbləşdim və Nərmini öldürmək planları qurdum. Atamın tövlədən kənara getməsini gözlədim.
 
Atam arabanın keçdiyi yola taxta gətirib qoyduqdan sonra peyini daşımağa davam etdi. O, arabanı tövlədən aralı apararkən arvadım tövlənin içində idi. Fürsətdən istifadə edərək Nərmini öldürməyin tam vaxtı olduğunu düşündüm və tövlənin ön tərəfində, ağ rəngli hamam vannasının yanında, giriş qapısının sol yanında divara söykənmiş taxta saplı baltanı əlimə alaraq tövlənin içərisinə daxil oldum.
 
Uşaqlarım – Səma və Naidə içəridə girişdən sağ tərəfdə oynayırdılar. Arvadım at bağlanan arakəsmədəydi. Körpə oğlum Emin onun kürəyində şəlləkdə, yəni şal vasitəsilə bağlanmış vəziyyətdə idi.
 
Arakəsməyə yaxınlaşıb taxta qapını açaraq içəri keçdim. Arvadım arxası mənə divara sarı əyildi, ot yığmağa başladı. Nərmini arxadan vurmaq istəmədim və üzünün mənə tərəf dönməsini gözlədim. Ona heç nə demədim, o da arakəsməyə daxil olduğumu görmədi.
 
Nərmin dikələrək üzünü arxaya, yəni mənə tərəf döndərən anda baltanın küpü ilə başının sol tərəfinə zərblə vurdum. Nərmin onu vurduğumu görəndə qolunu qaldıraraq başını tutdu. Balta əvvəlcə onun sol qoluna, sonra başına dəydi. Nərmin “ay mama” deyərək səndələyib arxası üstə yerə yıxıldı. Oğlum Emin də Nərminin kürəyindəydi.
 
Nərmini vurarkən oğlumu öldürmək istəməmişəm. Məhz bu səbəbdən arvadımın üzünü mənə tərəf döndərməsini gözləmişəm.
 
Nərmin yerdə hərəkətsiz halda olarkən ikinci dəfə onun başının, səhv etmirəmsə, sağ tərəfinə baltanın küpü ilə zərblə bir dəfə də vurdum. Bundan sonra geri dönübarakəsmədən çıxdım.
 
Arakəsmədən çıxanda tövlədə oynayan uşaqlarım Səma və Naidənin qışqırıq səslərini eşitdim”.
 
“Səhv etmişəm”
 
Təqsirləndirilən şəxs qeyd edib ki, atasıyla tövlənin giriş qapısında rastlaşıb: “Əlimdəki baltanı görüb onu məndən istədi. Mən də baltanı atama verdim və tövlədən çölə çıxdım. Bir dəqiqə keçməmiş istifadəmdə olan mobil nömrə ilə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək arvadım Nərmini balta ilə vuraraq öldürdüyümü bildirdim. Atam isə tövlədə qışqıraraq “Nərmini niyə vurdun, evimizi yıxdın, ay ölmüş” dedi. Böyük qızım Səmanın da “anam öldü” deməsini eşitdim.
 
Mən hadisəni törətdikdən sonra həyətdə gözləyərkən atam da “102” xidmətinə zəng etdi. Nərmini vurmamışdan əvvəl gərək uşaqlarımı çölə çıxardardım. Buna görə səhv etmişəm”.
 
Cinayət işində qətlə yetirilən Nərmin ilə intim münasibətdə olduğu iddia edilən Elcan adlı şəxs də iş üzrə şahid qismində ifadə verib. O bildirib ki, Gədəbəy rayonunun kəndlərində tikinti işlərində ustalıq edir.
 
“Evdə tək olmamışam”
 
Elcan bildirib ki, təqsirləndirilən Samirin atası Abbas onun atasının bibisi oğludur: “Abbas 2022-ci ilin noyabr ayının ortalarında evinin həyətindəki divarları suvamağımı xahiş etdi. Bunun müqabilində pul verəcəyini dedi. Abbasla razılaşdım və 2022-ci ilin noyabrın 20-dən sonra, dəqiq xatırlamadığım tarixdə tikinti ləvazimatlarımı aparıb suvaq işlərinə başladım. Orada təxminən 4 və ya 5 gün ərzində suvaq vurdum.
 
Həmin işləri səhər saat 10-dan axşam saat 17-yə qədər görmüşəm. İş gördüyüm zaman Abbasın digər oğlu Vüsal da evdə olurdu. Vüsal mənə palçıq qarışdırmaqda kömək edirdi. Abbasın ailə üzvlərindən oğlu Samir, arvadı və uşaqları da evdə olurdular. Evdə hər zaman Vüsalla işləmişəm, tək olmamışam.
 
Suvağı bitirib işi təhvil verərək noyabr ayının sonlarında, xatırlamadığım tarixdə Abbasgildən ayrılmışam”.
 
“Əxlaqlı insanlar olublar”
 
Elcan qeud edib ki, qış mövsümü olduğu üçün iş tapa bilməyib və yaşadığı evdə təsərrüfatla məşğul olub: “2022-ci ilin dekabrın əvvəlində Samirin arvadı Nərmini balta ilə vuraraq öldürdüyünü öyrəndim.
 
Suvaq işləri görərkən Nərminlə hər hansı şəxsin, Abbas, habelə Samirlə mübahisə və münaqişə etməsinin şahidi olmamışam. Samirin Nərmini öldürəcəyi barədə əvvəlcədən heç bir məlumatım olmayıb. Nərminlə heç bir münasibətim olmayıb. O mənim qızım və ya gəlinim yaşındadır.
 
Nərmimlə də qohumluğum var. O və ailəsi əxlaqlı insanlardır”.
 
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Samir 17 il azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
 
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Vəkil mqüdafiə etdiyi şəxsin barəsində çıxarılan hökmün ləğv edilməsi, cinayət işi üzrə icraata xitam verilməsi və təqsirləndirilən şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılması üçün ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib.
 
Şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Apellyasiya şikayətinin dəlilllərini araşdıran hakim heyəti sonda qərar elan edib. Şikayət təmin olunmayıb.  /Teleqraf.com/
Избранный
199
1
moderator.az

2Источники