Bu gün Azərbaycan məktəblərində “Son zəng” qeyd olunur.
Adətən, şagirdlər “Son zəng” günü valideynlərinə və ya qohumlarına məxsus avtomobillərdən istifadə edərək, əyləncə məqsədilə sükan arxasına keçirlər. Nəticədə isə arzuolunmaz hallar baş verir. Buna görə də hər il valideynlərə çağırış edilir.
Bakupost.az -a açıqlamasında nəqliyyat üzrə ekspert Ərşad Hüseynov “Son zəng” günü valideynlərin və şagirdlərin diqqət etməli olduğu məqamlara toxunub:
O qeyd edeib ki, 18 yaşı tamam olmadığı üçün məktəblilərin sürücülük hüququ yoxdur:
"Ona görə də onlara avtomobil verilməməlidir. İkincisi, əgər kənarda şənliklər təşkil olunubsa, şagirdlərin ora daşınması sərnişindaşımanın təhlükəsizlik qaydalarına uyğun olmalıdır. Üçüncü məsələ odur ki, şagirdlərimiz piyada kimi diqqətli olmalıdırlar. Burda böyüklərin və sürücülərin də üzərinə böyük məsuliyyət düşür, ehtiyatlı olmaq lazımdır. Həmişəki kimi yol hərəkəti qaydaları diqqət mərkəzində olmalıdır”.
Vasif Əlihüseyn
BakuPost