Rusiya Gürcüstan Milli Legionunu terror təşkilatları siyahısına salıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
“FTX-nin topladığı sübutlar əsasında Cənub Dairə Hərbi Məhkəməsi “Gürcüstan Milli Legionu” hərbiləşdirilmiş qruplaşmasını terror təşkilatı kimi tanıyıb”, - məlumatda qeyd olunub