Qubanın dağlıq yaşayış məntəqələrində bərpa olunmuş yolları yenidən sel basıb.
Bu barədə Bizim.Media-nın yerli bürosuna 11 saylı Quba Xüsusi Təyinatlı Yol İstismarı İdarəsindən məlumat verilib.
Yağış Adur-Qarxun istiqamətində yolda yenidən problem yaradıb. Məlumata görə, yolların tam bərpası yağıntı dayanandan sonra mümkün olacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu