1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Göyçayda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Şahsoltanlı kəndində qeydə alınıb.
61 yaşlı M.Cəfərova yaşadıqları evin həyətindəki tut ağacından özünü asaraq, həyatına son qoyub.
Məlumata görə, M.Cəfərova uzun müddətdir ki, ayaq nahiyəsindəki ağrıların kəskinləşməsindən əziyyət çəkib. Hətta bu barədə həyat yoldaşına da məlumat verərək, özünü öldürəcəyini deyib. Beləliklə qadın əri yatandan sonra həyətdəki tut ağacından özünü asıb.
Faktla bağlı araşdırma aparılır.