Azersun Holding
Brend Menecer (Sun Food MMC)
Son tarix 14 iyl 2024 - [email protected]
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsili olmalı;
- Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi olmalı;
- Rus dilini və İngilis dili biliyi;
- MS office proqram paketini yaxşı səviyyədə bilməli:
Vəzifə Öhdəlikləri:
- Marka imicinin idarə edilməsi və təkmilləşdirilməsi üçün yeni brend kampaniyalarının başlanması və inkişaf etdirilməsi;
- Yaradıcı agentliyə marka ünsiyyət dilinə uyğun brif verilməsi və prosesin idarə edilməsi;
- Marka kampaniyaları ilə bağlı hesabatların hazırlanması;
- Reklam material dizaynlarının hazırlanması üçün agentliklərin məlumatlandırılması, müvafiq proqramı vasitəsi ilə kod açılması və sifariş tələbinin formalaşdırılması və marketlərdə yerləşdirilməsinin təmin edilməsi;
- Görülmüş xidmətlər qarşılığında agentlik ödəniş sənədlərinin qəbul edilməsi, ödəniş tələbinin açılması və ödənilməsinin təqib edilməsi;
- Yeni məhsul üçün şirkət daxili müvafiq proqramında etiket və məhsul tələblərinin açılması;
- Mütəmadi olaraq satış analizlərinin hesabatlarının verilməsi və analiz nəticələrinə uyğun həll yönümlü təkliflərin verilməsi;
- Tv, rəqəmsal və digər reklam məcralarında verilmiş reklamların izlənilməsi və effektivliyin artırılması üçün təkliflər verilməsi;
- Mütəmadi olaraq ediləcək market ziyarətləri hesabatlarının hazırlanması və aşkarlanmış uyğunsuzluqların hesabatlarda qeyd edilərək düzəldilməsi üçün satış komandasına məlumat verilməsi;
- Məsul olduğu kateqori, marka portfelində məhsul satışlarını izlənilməsi lazımi optimizasiya təkliflərinin verilməsi;
- Agentlik tərəfindən göndərilən aylıq rəqəmsal post və media plana fikir bildirməsi;
- Marketing büdcəsinin kənarlaşmaması və uyğun xərcləmələrin edilməsinin təqib edilməsi;
- Keçirilmiş marketing kampaniya pressreliz mətnlərinin yazılması;
- Ticarət marketinq və satış komandası ilə sıx əlaqədə olmaqla satış artırma yönümlü təkliflər hazırlanması;
- Anbar qalıqlarının izlənilməsi, dövr etməsi zəif olan məhsullarla ilgili önləm alınması üçün satış və ticari marketinq komandasının məlumatlandırılması;
- Yeni məhsulun ideyasından başlayaraq bazara təqdim edilməsinə qədər olan prosesdə lazımı adamlarla əlaqədə olmaq və məhsulun zamanında bazara təqdim edilməsini təmin etmək;
- Rəqabətcil məhsul qiymət strategiyalarının hazırlanması;
- Kateqoriya, marka və kanal strategiyalarının hazırlanması;
- Tabeliyində olan işçilərin vəzifədə irəli çəkilməsi, eləcə də zəruri hallarda onlara intizam tənbehinin verilməsi barədə rəhbərliyə təqdimatların verilməsi;
- Tabeliyində olan işçilərdən müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinin tələb edilməsi:
İş Qrafiki: Həftə içi 5 gün
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Brend Menecer (Sun Food MMC)” qeyd etməyiniz xahiş olunur.
Kiçik kimyaçı mühəndis
Son tarix 14 iyl 2024 [email protected]
Ümumi məlumatlar:
- Ali Təhsil (Kimya)
- MS Office proqramlarında sərbəst işləmək bacarığı:
- Müvafiq sahə üzrə təcrübə üstünlükdür
Vəsifə öhdəlikləri:
- Standartlarına uyğun nümunələrin alınması;
- İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
- Laboratoriyada işlənilən məhlul və qarışıqların hazırlanması;
- İstehsalat hesabatlarının hazırlanması.
İş şərtləri:
- İş ünvanı: Bakı və Sumqayıt
- İş qrafiki: 3 növbəli qrafik
- Serviz və nahar şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Kiçik kimyaçı mühəndis” qeyd etməyiniz xahiş olunur.
Keyfiyyətə nəzarət üzrə mütəxəssis (istehsalat)
Son tarix 14 iyl 2024 [email protected]
Tələblər:
- Ali Təhsil
- MS Office proqramlarında sərbəst işləmək bacarığı:
- Müvafiq sahə üzrə təcrübə üstünlükdür
Vəzifə Öhdəlikləri:
- Keyfiyyətə nəzarət məlumatlarının statistik təhlilini aparmaq, keyfiyyətə nəzarət sistemində mövcud problemlərin aşkar edilməsi;
- İstehsalat prosesinin bütün mərhələlərində və ya növbədə yarımfabrikatların və hazır məhsulların idarə olunması və onların keyfiyyətinə nəzarət edilməsi;
- İstehsal edilən məhsulun standartlara uyğun nəzarət olunan ölçü-parametrləri və nəzarət qaydalarından, texniki ölçmə avadanlıq, vasitə və alətlərindən istifadə edilməsi;
- Hazır məhsulların və yarımfabrikatların fiziki xarici qüsurlarının əsas əlamətlərinə görə sinifləşdirilməsi;
- Sınaq laboratoriyasında aşkar edilmiş uyğunsuzluqlarla bağlı düzəlişedici və qabaqlayıcı fəaliyyət hesabatlarının son vəziyyətlərini izləmək və edilən dəyişiklikləri yoxlamaq;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi.
İş şərtləri:
- İş ünvanı: Biləsuvar, İmişli, Kürdəmir, Xaçmaz
- İş qrafiki: 3 növbəli qrafik
- Serviz və nahar şirkət tərəfindən təmin edilir.
- Digər regionlardan müraciət olarsa yaşayış yeri də şirkət tərəfindən təmin ediləcəkdir.
Kimlər müraciət edə bilər:
- Kimya mühəndisliyi
- Mexanika Mühəndisliyi
- Avtomatika mühəndisliyi
- Qida Mühəndisliyi və müvafiq sahələr üzrə məzun olmuş namizədlər
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində müvafiq şəhərin adını qeyd edərək “Keyfiyyətə nəzarət üzrə mütəxəssis (istehsalat)” qeyd etməyiniz xahiş olunur.
İnsan Resursları üzrə mütəxəssis
Son tarix 14 iyl 2024 [email protected]
Ümumi məlumatlar:
- Təhsil: Müvafiq sahə üzrə Bakalavr dərəcəsi;
- Tələb olunan iş təcrübəsi: İR sahələri üzrə minimum 2 il;
- Kompüter bilikləri: Microsoft Office;
- Tələb olunan biliklər: AR Əmək Məcəlləsi;
- Digər bacarıqlar: Güclü ünsiyyət və nitq bacarığı.
Vəzifə Öhdəlikləri:
- AR qanunvericiliyin tələblərinə əsasən işçilərin işə qəbulu, azad olması, başqa vəzifəyə keçirilməsinin rəsmiləşdirilməsi;
- AR qanunvericiliyin tələblərinə əsasən məzuniyyət, ezamiyyət və digər işdə olmama hallarının rəsmiləşdirilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması;
- Əmək müqavilələri, onlara əlavə və dəyişikliklərin edilməsi və onların müvafiq qaydada elektron hökümət portalında işlənməsi;
- Əmək müqaviləsinin xitam verilməsinin rəsmiləşdirilməsi və müvafiq qaydada elektron hökümət portalında işlənməsi;
- İşçilərin əmək və icra intizamının pozulması ilə bağlı müvafiq tədbirləri rəsmiləşdirmək;
- Ştat cədvəlinin tərtibi, ona müvafiq əlavə və dəyişikliklərin edilməsi;
İş şərtləri:
- İş ünvanı: Sumqayıt Xam Kağız fabriki
- İş qrafiki: 5 günlük, 09:00-18:00
- Servis və nahar şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Elektrik-elektronçu
Son tarix 14 iyl 2024 - [email protected]
Tələblər:
- Elektrik, avtomatika, mexanika və ya elektroenergetika üzrə ali təhsil,
- Müvafiq sahə üzrə 1-3 il təcrübə,
- Cihaz və avadanlıqların texniki xarakteristikalarını, konstruktiv xüsusiyyətlərini, mexanizm və fəaliyyət prinsiplərini bilməli;
- Elektrik qurğuları və avadanlıqların istismarı, təmiri və xidməti üzrə mütərəqqi təcrübəsi olmalı;
- Maqnit işəburaxıcılarla (kontaktor) işləmə bacarığı olmalı;
- 1000 voltadək və yuxarı gərginlikli elektrik qurğularında çalışma icazəsi olmalı;
- Nəzarət Ölçü Cihazları haqqında anlayışı olmalıdır.
İş haqqında:
- Elektrik sxemlərinə uyğun olaraq operativ işlərin görülməsi;
- Kabel xətlərində təmir işlərinin aparılması;
- Elektrik avadanlıqlarının təmirini həyata keçirtmək;
- Elektrik enerjisi təminatının planlaşdırılması və müvafiq hazırlıq işlərinin görülməsi;
- Elektrik mühərriklərinin işə salınması və onlara nəzarət olunması;
- Elektrik sistemində yaranan nasazlıqları aradan götürülməsi.
İş Şərtləri:
- İş qrafiki: 5 günlük, 09:00-18:00
- Servis və nahar şirkət tərəfindən təmin edilir.
İş Yeri: Bakı və Sumqayıt
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Elektrik-elektronçu” qeyd etməyiniz xahiş olunur.