Cümə günü, iyunun 14-də Riqa hava limanı naməlum dron səbəbindən fəaliyyətini müvəqqəti dayandırıb.
Moderator.az Ukrayna mediasına istinadla xəbər verir ki, yerli "Delfi" nəşrinin məlumatına görə, dron hava limanında görünüb.
Təhlükə ilə əlaqədar uçuşların qəbulu və yola salınması dayandırılıb. Pilotlardan biri pilotsuz təyyarəni görüb və hava limanının administrasiyasına xəbər verməyə tələsib.
Dron ərazini tərk etdikdən sonra uçuş əməliyyatlar bərpa edilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
S.Laçın