İspaniya millisinin üzvü Lamin Yamal futbol üzrə Avropa çempionatlarının tarixinə düşüb.
AVRO-2024-də qrup mərhələsinin I turu çərçivəsində Xorvatiya ilə görüşdə meydana çıxan 16 yaşlı hücumçu turnirlər tarixinin ən gənc futbolçusu adını qazanıb.
L.Yamal bununla da AVRO-2020-də Polşa millisinin heyətində 17 yaşında meydana çıxan Kaçper Kozlovskiyin ən gənc futbolçu rekordunu yeniləyib.