RU

Azərbaycan millisinin sabiq futbolçusu karyerasını başa vurub

Azərbaycan milli komandasının sabiq üzvü Elvin Məmmədov futbolçu karyerasını başa vurub.

"Report" PFL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün Azərbaycan I Liqasına vəsiqə qazanan "Cəbrayıl"ın üzvü "Araz Saatlı" ilə keçirilən pley-off oyunundan sonra komanda yoldaşları ilə vidalaşıb.

Qeyd edək ki, 35 yaşlı futbolçu karyerası ərzində "Turan Tovuz", "İnter" (Bakı), "Qarabağ", "Bakı", "Zirə", "Qəbələ", "Sumqayıt" və "Şamaxı" klublarının formasını geyinib.


BiG.Az
Избранный
115
49
big.az

10Источники