RU

ABŞ YENƏ "İKİBAŞLI TƏMİNATLA" UKRAYNANI ALDADIR? - “Bu müqavilədən Budapeşt memorandumunun iyi gəlir...”

Son zamanlar Ukrayna bir çox ölkələrlə təhlükəsizlik haqqında müqavilələr imzalayıb və hesab edilir ki, bunlar Kiyevin Rusiyaya qarşı apardığı müharibədə imkanlarını artıracaq. Lakin bununla yanaşı, Ukrayna keçmişin acı təcrübəsinə söykənərək ehtiyatlı davranmaq və verilən hər sözə arxayın olmamaq məcburiyyətindədir.

Digər tərəfdən isə ABŞ-nin indiki administrasiyasının Ukrayna üçün etdiklərini müstəsna xidmət kimi dəyərləndirmək və onların prezident seçkilərindəki mümkün məğlubiyyətini faciə saymaq da yanlış olardı...

“AzPolitika” xəbər verir ki, Ukraynanın “Qlavred.info” saytı “Nəyə görə ABŞ ilə müqavilədən Budapeşt memorandumunun iyi gəlir?” başlıqlı məqaləsində sözügedən mövzuya toxunur.

Həmin məqaləni təqdim edirik: ”13 iyunda Volodimir Zelenski və Co Bayden Ukrayna ilə ABŞ arasında təhlükəsizlik üzrə ikitərəfli müqavilə imzalayıblar. Həmin sənədə əsasən yaxın 10 il ərzində ABŞ Ukraynaya hərbi və maliyyə dəstəyi göstərəcək.

Bu, Ukraynanın imzaladığı 17-cı təhlükəsizlik müqaviləsidir və az öncə anoloji müqavilə Yaponiya ilə də bağlanıb. Ümumiyyətlə, prinsip etibarı ilə bu, Ukrayna üçün yeni bir şey gətirməyib. Belə ki, burada söhbət Ukrayna hərbi təhlükə qarşısında qalacağı təqdirdə ABŞ-nin bütün hərbi gücü ilə onun müdafiəsinə qalxacağından və ya amerikalı hərbçilərin yardıma yollanacaqlarından getmir. Müqaviləyə əsasən irəlidəki 10 il ərzində Ukraynaya kimsə hücum edərsə, ABŞ ukraynalı hərbçilərin hazırlanmasına yardım göstərəcək, onlara silah yollayacaq, məsləhətlər verəcək və sair.

Təhülkəsizliklə bağlı bu cür müqavilə Ukraynanın NATO-ya üzvlüyünün hansısa əvəzləyicisi olmalıdır. Çünki belə görünür ki, Vaşinqtonda keçiriləcək sammitdə alyansa dəvət səslənməyəcək. Elə ona görə də deyirlər ki, Ukraynanın NATO-ya daxil olması üçün onun ilk öncə müharibədə qalib gəlməsi lazımdır. Hərçənd ki, bunun həyata keçməsi üçün də Qərbin siyasi qərarı yoxdur. 

Əslində, bu müqavilədən Budapeşt memorandumunun iyi gəlir, necə ki, vaxtı ilə Ukrayna real nüvə silahının yerinə hansısa ikibaşlı təminat almışdı. Daha dəqiqi isə bizə dəstək olacaqlarına söz vermişdilər. Axı, memorandumda heç “təminat” sözü də yoxdur, orada yalnız ərazi bütövlüyünün və suverenliyin dəstəklənməsi nəzərdə tutulurdu. Bildiyimiz kimi, dəstək təkcə material yox, həm də mənəvi cəhətdən olur.

Избранный
142
50
azpolitika.info

10Источники