Ukrayna və Aİ təhlükəsizlik zəmanətləri haqqında müqaviləni rəsmən razılaşdırıb.
UNIAN xəbər verir ki, bu barədə Prezident Ofisi məlumat yayıb.
Məlumata görə, saziş Avropa İttifaqının G7 ölkələri ilə birlikdə 2023-cü il iyulun 12-də Vilnüsdə təsdiqlədiyi Ukraynaya dəstək haqqında birgə bəyannaməyə uyğun olaraq bağlanacaq.
Sənədin yaxın vaxtlarda imzalanması planlaşdırılır.
"Cebhe.info"