EN

Ukrayna Avropa İttifaqı ilə təhlükəsizlik sazişi imzalayır

Ukrayna və Aİ təhlükəsizlik zəmanətləri haqqında müqaviləni rəsmən razılaşdırıb.

UNIAN xəbər verir ki, bu barədə Prezident Ofisi məlumat yayıb.

Məlumata görə, saziş Avropa İttifaqının G7 ölkələri ilə birlikdə 2023-cü il iyulun 12-də Vilnüsdə təsdiqlədiyi Ukraynaya dəstək haqqında birgə bəyannaməyə uyğun olaraq bağlanacaq.

Sənədin yaxın vaxtlarda imzalanması planlaşdırılır.

"Cebhe.info"

Chosen
182
1
cebheinfo.az

10Sources