RU

İllik inflyasiya hədəf diapazonunun aşağı həddindədir

Azərbaycanda illik inflyasiya hədəf diapazonunun aşağı həddindədir.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

 

Bu ilin may ayında 12 aylıq inflyasiya 0,3% təşkil edib ki, bu da AMB-nin aprel proqnozlarına uyğundur. May ayında 12 aylıq baza inflyasiya 0,4 % olub. İllik ərzaq deflyasiyası 1,4 %, qeyri-ərzaq inflyasiyası 1 %, xidmətlər inflyasiyası isə 2,2 % təşkil edib.

 

Ev təsərrüfatları arasında keçirilmiş sorğuların nəticələrinə görə qarşıdakı 12 aya gözlənilən inflyasiya hədəf diapazonunun aşağı həddinə yaxındır.

 

İnflyasiyanın xarici fonu ümumilikdə neytraldır. Dünya Bankının məlumatına əsasən, mayda illik əsasda əmtəə qiymətləri indeksi 5,6 %, o cümlədən qeyri-enerji qiymətləri üzrə 5,1 % artsa da, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə ərzaq qiymətləri indeksi 3, 4% azalıb. Manatın nominal effektiv məzənnəsinin (2023-cü ildə 19,3 % və 2024-cü ilin 5 ayında 3,2 %) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib.

Избранный
144
1
modern.az

6Источники