Bu gün Belarusda silahlı qüvvələrin hərbi hissələrinin əlaqələndirilməsi və hərbi tapşırıqları yerinə yetirməyə hazırlığı ilə bağlı qəfil yoxlamalar başlanılıb.
News365.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb. Bu məqsədlə Ukrayna və Polşa sərhədlərinə yaxın poliqonlardan və hərbi zonalarından istifadə olunacaq.
Qeyd olunur ki, belə bir genişmiqyaslı yoxlamaya Quru Qoşunlarının, Raket və Artilleriya Qoşunlarının, Xüsusi Əməliyyat Qüvvələrinin, eləcə də Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanlığı cəlb olunub. Bəzi xarici saytlar bunu Minskin müharibəyə hazırlşaması kimi qiymətləndirirlər.
Tural
News365.az