RU

Ukraynada ordu ilə bağlı məxfi videogörüntüləri sosial şəbəkələrdə yayan şəxslər saxlanılıb

Ukraynanın Təhlükəsizlik Xidməti ordu birləşmələrinin cəbhədəki mövqeyi barədə məlumatları qeyri-qanuni olaraq ictimailəşdirməkdə şübhəli bilinən iki nəfəri saxlayıb.

APA “unian”a istinadən xəbər verir ki, əməliyyat gecə saatlarında həyata keçirilib.

İstintaq materiallarına görə, sözü gedən şəxslər Ukrayna Silahlı Qüvvələrinin əsasən Zaporojye istiqamətindəki mövqeləri, eləcə də silah-sursat və hərbi texnikanın yerləşdirilməsinə dair məxfi informasiyanı və videogörüntüləri əldə edərək, “Facebook” və “Telegram”dakı sosial şəbəkə hesablarında yayıblar.

Qeyd edək ki, ölkənin Cinayət Məcəlləsinə əsasən onları 8 ilədək həbs cəzası gözləyir.

Ukraynada
Избранный
170
1
apa.az

2Источники