“Neftçi” PFK yarımmüdafiəçi Eddi İsrafilovla yollarını ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, klub 31 yaşlı futbolçuya təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 2022-ci ilin yanvarında transfer olunmuş İsrafilov bu müddət ərzində “Neftçi”nin heyətində meydana çıxdığı 71 oyunda 7 qol vurub.