RU

Məşhur general özünü güllələdi

Qazaxıstanın Cambıl vilayəti Polis İdarəsinin rəisi general-mayor Janat Süleymanov intihar edib.

Busaat.az xəbər verir ki, onun meyiti yaşadığı evdə aşkarlanıb.

Məlumata görə, Qazaxıstanın hüquq-mühafizə orqanları ölkədə baş verən ixtişaşlarla bağlı J.Süleymanov barəsində cinayət işi açıb. General-mayor bu məlumatı öyrənəndən sonra özünü güllələyib.

Qeyd edək ki, Janat Seleymanov 1962-ci ildə Qazaxıstanın Karaqanda vilaəyintdə anadan olub. 1980-ci ildə daxili işlər nazirliyində fəaliyyətə başlayıb. O, 2020-ci ilin fevralında Cambıl vilayəti Polis İdarəsinə rəis təyin edilib. Uğurlu xidmətə görə orden və medalla təltif olunub.//Report

Избранный
105
8
busaat.az

10Источники