RU

"Azərbaycan Dəmir Yolları" və Azərbaycan Mətbuat Şurası müsabiqə elan edir

I.Ümumi müddəalar

"Azərbaycan Dəmir Yolları" QSC Azərbaycan Mətbuat Şurası ilə birlikdə COP 29 beynəlxalq tədbirinin Bakıda keçirilməsi ərəfəsində kütləvi informasiya vasitələrinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında araşdırma müsabiqəsi elan edir.

II. Müsabiqənin istiqamətləri

Müsabiqə üzrə 4 istiqamət nəzərdə tutulur.

1) Azərbaycan nəqliyyat sektorunda ESC prinsipləri - ətraf mühitin qorunması, sosial məsuliyyət və şəffaf idarəetməyə keçid;

2) Ekoloji təmiz dəmir yolu nəqliyyatı: Azərbaycan dəmir yollarının inkişaf trendləri;

3) İşğaldan azad olunmuş ərazilərdə yaşıl enerjiyə keçid- qabaqcıl dünya təcrübələrinin Azərbaycanda səmərəli tətbiqi;

4) ayanıqlı inkişaf modelini seçən Azərbaycanda iqlim təşəbbüsləri;

II.I Müsabiqəyə hazırlıq mərhələləri

Müsabiqəyə hazırlıq çərçivəsində ADY jurnalistlərin müsabiqənin müvafiq mövzuları üzrə bilik və bacarıqlarının artırılması istiqamətində maarifləndici sessiya keçirəcək, sahəvi  mentor və qruların iştirakı ilə davamlı görüşlər təşkil edəcəkdir.

III. Müsabiqə üzrə mükafatlandırma

Müsabiqə üzrə mükafatlandırma bu müsabiqə elanının "Müsabiqənin istiqamətləri" adlı II bölümündə göstərilmiş hər istiqamət üzrə ayrılıqda aparılacaqdır.

4 istiqamət üzrə qaliblərin hər biri:

I yer

4 nəfər

1000 manat

II yer

4 nəfər

700 manat

III yer

4 nəfər

500 manat

10 iştirakçıya həvəsləndirici mükafatlar təqdim olunacaq.

Müsabiqə qaliblərinin adları 2024-cü il iyul ayının 15-dək açıqlanacaq.

IV. Müsabiqə şərtləri

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

l Nəzərdə tutulan istiqamətləndirici mövzuların dolğun əhatə etmə səviyyəsinə;

l Analitik keyfiyyətlərə, faktların və məsələlərin düzgün təhlilinə;

l Faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;

l İfadə vasitələrinin zənginliyinə;

l Oxucu üçün informasiyalılıq dərəcəsinə;

l Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.

Müsabiqəyə 01 iyun 2024-cü il tarixinindən 1 iyul 2024-cü il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq analitik yazılar, müsahibələr, həmçinin, telekanallarda efirə verilmiş video-materiallar, video-çarxlar buraxılacaq.

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur.

Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.

Telekanal və radio materialları üçün həcm məhdudiyyəti yoxdur.

Qeyd 1: Yazılarda, telekanal və radio materiallarında "Azərbaycan Dəmir Yolları" QSC və Azərbaycan Mətbuat Şurasının ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsinə təqdim olunur" qeydi olmalıdır.

Qeyd 2: Yazı və ya multimedia materialının müəllifi konkret kütləvi informasiya vasitəsində çalışmalıdır. Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmalıdır.

V. Yazıların təqdim edilməsi

Müsabiqə üçün yazı və multimedia materiallarının təqdimatı 2 yolla aparılır - şəxsən və elektron qaydada.

1. Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində yer almalıdır:

l müəllifin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti;

l şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

l şəxsin bank hesabının rekvizitləri;

l şəxsin əlaqə vasitələri - ev və iş telefonu, mobil telefonu;

l müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi, multimedia materialının diski;

l materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifinin adı göstərilməməlidir);

l diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmaqla);

l yazı elektron media resursunda yayımlanıbsa, diskdə yazının linki göstərilməlidir.

2. Yazılar və multimedia materialları elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır. Təqdimat göndərişində yer almalıdır:

l Müsabiqə yazısı ("Word" faylında, imzasız);

l Müsabiqə yazısının yayımlandığı qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud "Word" faylında);

l Yazı elektron media resursunda, TV və ya radioda yayımlanıbsa, bunu təsdiqləyən link və sair vasitələr;

l Yazı və ya multimedia materialının müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya müəllifin KİV-də çalışdığını təsdiqləyən sənəd (PDF, JPG, yaxud "Word" faylında);

l Yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud "Word" faylında) .

l Yazı müəllifinin bank hesabının rekvizitləri.

Müsabiqə üçün materiallar həm şəxsən, həm də elektron poçt vasitəsilə 01 iyun 2024-cü il tarixdən 1 iyul 2024-cü il tarixinə saat 17.00-dək qəbul ediləcək.

Şəxsən qəbul həmin tarixlərdə həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı) - Azərbaycan Mətbuat Şurasında həyata keçiriləcək.

Elektron qaydada təqdimat zamanı sadalanan sənədlər və müsabiqə yazısı [email protected] elektron ünvanına göndərilməlidir.

Qeyd: Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

Əlaqə: (+994 12) 441 35 96

Mobil/Whatsapp: (+994 50) 242 09 91; (+994 55) 789 85 03.






















Bizi İnstagramda izləyin

Избранный
154
50
525.az

10Источники