RU

Evin tək övladının dəstəyə ehtiyacı var: Müalicəsini qarşılaya bilmirlər

Bir yaşlı Zeynalın dəstəyə ehtiyacı var.

Bu barədə hakimiyyet.az-a onun anası Cavidan Dadaşova məlumat verib.

O bildirib ki, övladı kəskin böyrək çatışmazlığından əziyyət çəkir.

"Zeynalın bir yaşı var, o anadangəlmə böyrək çatışmazlığından əziyyət çəkir. Hamiləlik dövründə problemin olmadığını düşünsək də, doğumdan sonra onun vəziyyətini öyrəndik. Zeynalın müalicəsi üçün mal-qaramızı sataraq bir dəfə Türkiyəyə yollandıq".

Gənc ana Zeynalın onun ilk və tək övladı olduğunu deyib:

"Zeynal mənim ilk övladımdır, ondan başqa uşağım yoxdur. Onun vəziyyətinin belə olması məni bir ana kimi məhv edir. Hazırda onun müalicələrini qarşılamaq üçün aylıq 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (051) 391-34-35.

UniBank: 5243 7544 4377 9408.

Избранный
248
2
hakimiyyet.az

10Источники