Ucar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb.
Bu barədə “İki sahil"ə DİN-in Mətbuat xidmətindən bildirilib.
Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi çirkləndirən avtomobilləri idarə edən sürücülərlə profilaktik söhbətlər aparılıb. Qayda pozuntusuna yol verən sürücülər barəsində inzibati tənbeh tədbiri görülüb.