Bu il Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində Ege Universitetində təhsil alan tələbələrin ilk məzun buraxılışları keçirilib.
Tehsil.biz xəbər verir ki, ADAU tələbələrindən Məhsəti Muradova Ege Universitetinin Kənd təsərrüfatı fakültəsindən ən yüksək ortalama ilə birinciliklə məzun olub.
Məzun günündə Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov və Ege Universitetinin rektoru Necdet Budakın iştirakı ilə tələbənin adı fəxri kötüyə həkk olunaraq, fəxri fərmanla təltif olunub.