RU

Tokayev terror aktları ilə bağlı Putinə başsağlığı verdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Dağıstanda baş verən terror aktları ilə əlaqədar Rusiya lideri Vladimir Putinə başsağlığı verib.

Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidmətinin "Telegram" kanalında məlumat verilib.

“Dövlət başçısı hüquq-mühafizə orqanları vasitəsilə əməliyyat-axtarış tədbirlərinin aparılmasına köməklik göstərməyi təklif edib.

Tokayev terror aktlarını pisləyib, onları “anti-insani hərəkətlər” adlandırıb və terrorizmlə mübarizədə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində Rusiya Federasiyası ilə əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarı olduğunu bildirib", - məlumatda deyilir.

Избранный
231
1
publika.az

2Источники