Bu gün təhsilverənlərin sertifikatlaşdırılması prosesi yekunlaşır.
Dağlıq Şirvan Regional Təhsil İdarəsindən Anons.az-a bildirilib ki, əlil arabasında imtahana gələn müəllim 51 bal toplayıb.
Belə ki, Şamaxı şəhər 6 nömrəli tam orta məktəbdə keçirilən sertifikasiya prosesində bir gün qabaq ciddi qəza keçirərək ayağının zədələməyinə baxmayaq imtahana gələn İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin rus dili müəllimi Əliyeva Bahar İşıq qızı imtahanda iştirak etdi və yüksək nəticə göstərərək 51 bal yığıb.