RU

Çin ABŞ-nin sərmayə məhdudiyyəti planına etirazını bildirib

Rəsmi Pekin ABŞ hökumətinin Çinə sərmayə qoyuluşunu məhdudlaşdırmaq planına sərt etirazını bildirib.

Olaylar xəbər verir ki, Çinin Kommersiya Nazirliyinin məsələyə dair açıqlamasında Birləşmiş Ştatların bu addımının Çin və ABŞ şirkətləri arasında normal iqtisadi-ticari əməkdaşlığa mənfi təsir edəcəyi, beynəlxalq iqtisadi və ticarət nizamını pozacağı qeyd olunub.

"ABŞ tərəfi bazar iqtisadiyyatı qanunlarına və ədalətli rəqabət prinsipinə hörmət etməli, iqtisadi və ticari məsələlərin siyasiləşdirilməsini dayandırmalı, Çinə investisiya yatırımlarına məhdudiyyətləri aradan qaldırmalı, Çin ilə ABŞ arasında işgüzar əməkdaşlıq üçün əlverişli şərait yaratmalıdır", - deyə Kommersiya Nazirliyinin açıqlamasında vurğulanır.

Qurum ABŞ-nin bu cür addımlarına cavab hüququna malik olduğunu da bəyan edib.

Qeyd edək ki, iyunun 21-də Birləşmiş Ştatların Xəzinə Departamenti ABŞ şirkətlərinin Çinə sərmayə yatırımlarına məhdudiyyət tətbiq edə biləcətyini açıqlayıb. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
144
4
olaylar.az

5Источники