RU

Yaxtadan atılan atəşfəşanlıq meşəni yandırdı

Yunanıstanın arxeoloji xarabalıqları olan dünyaca məşhur İdrada (Hydra) adasındakı yeganə şam meşəsi yaxtadan atılan atəşfəşanlıq nəticəsində yanıb. 

Demokrat.az xəbər verir ki, hadisəni törədən 13 nəfər Afina marinasında saxlanılıb.

İqlim böhranı dərinləşdikcə tez-tez meşə yanğınlarına səhnə olan Yunanıstanda yanğına görə cəzalar sərtləşdirilib. 

Ölkədə bu cinayətdə təqsirli bilinənlər 20 ilədək həbs və 200 min avroya qədər cərimələnə bilər. İdradakı yanğına görə məsuliyyət daşıyanların da bu gün məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

Qeyd edək ki, Afinanın cənub-qərbində Saronik körfəzində yerləşən Hydra, körfəzləri və qədim xarabalıqları ilə xarici turistlərin və xüsusilə qayıqla səyahət edənlərin sevimli adalarından biridir.

Əfsanə Rəcəb
Demokrat.az
Избранный
132
demokrat.az

1Источники