Xaricə səfər etmək istəyən ölkə vətəndaşlarına sərhəd buraxılış məntəqəsində tez-tez "stop" qoyulması halına rast gəlinir. Xaricə çıxışın məhdudlaşdırılması və bu istiqamətdə vətəndaşa heç bir məlumatın, xəbərdarlığın edilməməsi ilə bağlı iddialar var. Onlarla, bəlkə də yüzlərlə vətəndaş hansısa qurum tərəfindən özünə qoyulan məhdudiyyətdən bixəbər şəkildə avia və ya avtobus vasitəsilə xaricə səfərə hazırlaşır. Bilet satılan zaman vətəndaşa bu "məhdudiyyət" haqda heç bir məlumat verilmir. Elə ki, vətəndaş sərnişin olaraq təyyarəyə, yaxud avtobusa minir, o vaxt sərhəd buraxılış məntəqəsindən bildirilir ki, "xaricə çıxışınıza məhdudiyyət var". Bu təcrübə ilə bağlı çox azı mətbuatda bilinməklə, belə hadisələr baş verib və hazırda davam edir. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Xidmətindən Bizimyol.info xəbər portalına bildirilib ki, məhdudiyyəti Dövlət Sərhəd Xidməti tətbiq etmir, bu "önləyici" prosesi başqa qurumlar təyin edir. "Vətəndaşın xaricə səfərini önləmək üçün qadağaları Dövlət Sərhəd Xidməti qoymur. Bu, avtomatlaşdırılmış sistemdir. Hər bir qurum ora vətəndaşla bağlı məhdudiyyətləri yerləşdirir və yalnız özləri bu haqda bilirlər ki, vətəndaş niyə xaricə buraxılmır. Bunun bizə aidiyyəti yoxdur. Vətəndaşa məhkəmə sənədi göstərmirik, əgər saxlanılması gərəklidirsə, saxlanılır" - deyə, Dövlət Sərhəd Xidmətindən bildirilib. Vətəndaşa xaricə qadağa ilə bağlı niyə öncədən məlumat verilmir? Vətəndaşa məhkəmə sənədi niyə təqdim olunmur? Niyə bilet alıb, hazırlıq gördükdən sonra vətəndaşa bu barədə məlumat verilir? Niyə daha öncədən aviakassada və ya avtovağzalda xəbərdarlıq edilmir? Vətəndaşın pulunu aldıqdan sonra onu səfərə buraxmamağın adı nədir? Bizimyol.info xəbər portalının mövzu ilə bağlı suallarını hüquqşünas Əkrəm Həsənov cavablandırıb. Əkrəm Həsənov "Əlbəttə ki, yaranmış bu vəziyyət qanunsuzluq və özbaşınalıqdır. Xaricə çıxış qadağasını yalnız məhkəmə qoya bilər, başqa heç kəs qoya bilməz. Məhkəmə barədə də təbii ki, vətəndaşın məlumatı olacaq. Çünki bu halda vətəndaşı məhkəməyə çağırırlar, onun xəbəri olur. Başqa heç kəsin buna ixtiyarı yoxdur. Bunun adı sui-istifadədir. Dövlət orqanları bundan sui-istifadə edirlər. Borcu və ya cəriməsi varsa, bunu Dövlət Sərhəd Xidmətinə yazırlar. Burdakı qanunsuz prosesə Dövlət Sərhəd Xidməti istəmədən "qoşulmuş" olur. Məhkəmə qərarı olmadan, üstəlik sənə o sənəd göstərilmirsə, dövlət orqanlarının sifarişi ilə niyə məhdudiyyət qoyulmalıdır? Bu, özbaşınalıqdır və yaxşı ki, bu haqda məsələni qaldırmısınız. Vətəndaş bu halla üzləşdikdə, həmin orqanları məhkəməyə verə bilər və vurulan maddi-mənəvi zərərin əvəzini tələb edə bilər. Hətta borcu varsa belə" - deyə, hüquqşünas qeyd edib. Mətin Şükürlü, Bizimyol.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта