RU

Dələduzluqla iki qadının 9 min dollarını alanlar tutuldu

Bakı. Trend:

Dələduzluqda şübhəli bilinən şəxslər müəyyən edilərəksaxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumatyayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsiəməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan birqadının 4000 ABŞ dollarını dələduzluq yolu ilə almaqda şübhəlibilinən S.Nərimanov saxlanılıb.

Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləritədbirlərlə isə paytaxt sakini olan bir qadının 2000 manatını və5000 ABŞ dollarını dələduzluq yolu ilə almaqda şübhəli bilinənM.Qasımov saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Избранный
140
6
az.trend.az

10Источники