RU

Novo Nordisk ABŞ-da zavod tikintisinə 4,1 milyard dollar sərmayə qoyacaq

Novo

Bakı, 25 iyun, AZƏRTAC

Danimarkanın Novo Nordisk kompaniyası ABŞ-ın Kleyton şəhərində (Şimali Karolina ştatı) zavod tikintisinə 4,1 milyard dollar sərmayə qoyacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə dərman şirkəti mətbuata açıqlamasında bildirib.

Bu, şirkətin tarixində ən böyük istehsal investisiyalarından biridir.

Yeni müəssisə piylənmə və digər ağır xroniki xəstəliklər üçün inyeksiya dərmanları istehsal edəcək. Ümumi sahəsi təxminən 130 min kvadratmetr olacaq zavodda min iş yeri açılacaq. Tikintinin 2027-2029-cu illərdə başa çatdırılması nəzərdə tutulub.

Novo Nordisk 2024-cü ildə istehsal obyektlərinə ümumilikdə 6,8 milyard dollar investisiya yatırmağı planlaşdırır. Bu, bir il əvvəlkinə nisbətən 2,9 milyard dollar çoxdur.

 

 

 

Избранный
171
1
azertag.az

2Источники