“Şamaxı” klubu portuqaliyalı qapıçı Rikardo Fernandesi transfer edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qolkiperlə müddəti birillik olan müqavilə imzalanıb. 29 yaşlı qapıçının son klubu Portuqaliyanın “Torreens” klubu olub.
Qeyd edək ki, "Şamaxı" 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak hüququ qazanıb.