Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) Kür Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən Aydın Əzimov saxlanılıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, şübhəli şəxsin Qaracəmirli kəndindəki evinə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirilmiş narkotik xassəli çətənə kolları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.