RU

Ermənistan və erməni kilsələri hədəfdədir: İsrail görün nə edəcək

İsrail hökuməti bu ölkədə fəaliyyət göstərən erməni, yunan və digər xristian kilsələrini vergiyə cəlb etmək qərarına gəlib. Son aylarda Təl-Əviv, Nazaret, Qüds və digər böyük şəhərlərin bələdiyyələri erməni, yunan və digər xristian kilsələrinin ofislərinə bir neçə xəbərdarlıq məktubu göndərib, hətta vergi öhdəlikləri və iddiaların yerinə yetirilməməsi səbəbi ilə məhkəmə prosesləri başladıb.

Turkustan.az xəbər verir ki, "İsrail erməniləri" qəzetinin baş redaktoru Artyom Çernomoryan "Sputnik Armeniya" ilə söhbətində bildirib ki, kilsə icmaları İsrail hökumətinə kifayət qədər sərt birgə məktubla cavab verib və qeyd ediblər ki, İsrail üçün indiki çətin dövrdə, onlar çoxəsrlik status-kvonu pozur və bu ölkədə xristianların artan dözümsüzlüyünü əks etdirir.

Çernoromryan iddia edir ki, bu, birinci hal deyil. İsrail rəhbərliyi 6 il əvvəl, 2018-ci ildə də oxşar cəhdlər etmişdi, lakin xristian kilsələrinin birgə etirazı nəticəsində bu ideyadan vaz keçdilər.

Xatırladaq ki, bu yaxınlarda Ermənistan Fələstin dövlətini rəsmən tanıyıb və bu, yəhudi dövlətinin rəhbərliyi və ictimaiyyəti arasında hiddət dalğasına səbəb olub. Belə fərziyyələr var ki, bu addım müəyyən mənada İrəvanın, indiki halda erməni kilsəsi ilə bağlı son qərarına reaksiyadır./publika.az/

Избранный
17
1
turkustan.az

2Источники