RU

Bakıda DƏHŞƏT: 17 yaşlı oğlan ÖLDÜRÜLDÜ - 16 yaşlı iki nəfər saxlandı

Paytaxtın Nəsimi rayonunda 17 yaşlı gənc qətlə yetirilib, iki nəfər tutulub.

Musavat.com xəbər verir ki, bu barədə Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində 2008-ci il təvəllüdlü Mehman Nəsibov və Əli Vəliyevin (ad və soyad şərti olaraq verilib) aralarında yaranmış mübahisə zamanı birləşib 2007-ci il təvəllüdlü Azər Məmmədova (ad və soyad şərti olaraq verilib) bıçaqla xəsarətlər yetirib onu öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Mehman Nəsibov və Əli Vəliyev (ad və soyad şərti olaraq verilib) polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Избранный
188
50
musavat.com

10Источники