RU

Bələdiyyə sədrinin vurduğu piyada öldü - FOTO

Antalyanın Alanya rayonunda Nizip Bələdiyyə Başçısı Əli Doğanın idarə etdiyi avtomobil yolu keçmək istəyən Danimarka əsilli Rami Əli Surulu vurub.

News24.az xəbər verir ki, qəza yerinə sağlamlıq, polis və jandarma qrupları sövq edilib.

Sağlamlıq qrupları tərəfindən aparılan yoxlamalar zamanı Surulun öldüyü müəyyən edilib.

Qəzadan sonra sürücü Əli Doğan Sülh cəza hakimliyi tərəfindən məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Qeyd edək ki, ədliyyə orqanları tərəfindən azadlığa buraxılan bələdiyyə başçısının vəziyyətinin yaxşı olduğu bildirilib.

Günel Məlikzadə

Избранный
145
news24.az

1Источники