Almaniyada təşkil olunan Avro-2024-də bu gün qrup mərhələsinə yekun vurulub
Bizim.Media xəbər verir ki, günün əsas qarşılaşması F qrupunda olub.
Qardaş ölkə Türkiyə Çexiyanı məğlub edərək qrup ikincisi kimi 1/8 finala adlayıb. Portuqaliya isə qonşu Gürcüstanla qarşılaşıb. Gürcülər bu matçda gözlənilməz qələbə qazanmaqla qrupda üçüncü yeri tutmaqla 1/8 finala yüksəliblər.
E qrupunda Slovakiya Rumıniya ilə 1:1, Ukrayna isə Belçika ilə 0:0 hesablı heç-heçə edib.
Bundan sonra yenə bütün komandalar xalı eyni - 4 xal olub. Ancaq əlavə göstəricələrə əsasən, Rumıniya qrup 1-cisi, Belçika qrup 2-cisi, Slovakiya isə ən yaxşı qrupu 3-cü yerdə bitirən 4 komandadan 1-i olaraq pley-offa yüksəlib. Ukrayna isə turnirlə vidalaşıb.
Qeyd edək ki, Avro-2024 iyulun 14-də yekunlaşacaq.
Avro-2024, qrup mərhələsi, 3-cü tur
F qrupu
23:00. Çexiya - Türkiyə - 1:2
Qollar: Hakan Çalhanoğlu, 52 (1:0), Tomaş Souçek, 66 (1:1), Cenk Tosun, 90+4
Qırmızı vərəqə: Antonin Barak, 20 (Çexiya)
Baş hakim: İstvan Kovaçs (Rumıniya)
"Volksparkstadion"
Bizim.Media