RU

Azərbaycan bankları beş aya 520 mln. manat xalis mənfəət əldə edib

2024-cü ilin yanvar-may aylarında banklar tərəfindən 519.7 mln. manat xalis mənfəət, 732.6 mln. manat məbləğində əməliyyat mənfəəti generasiya edilib. Öncəki ildə 437.1 mln. manat xalis mənfəət əldə edilmişdi.

Bunu Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bankların faizdən gəlirləri illik müqayisədə 17 faiz artımla 1 mlrd. 626.2 mln. manat, qeyri-faizdən gəlirləri 40 faiz artımla 674.7 mln. manata yüksələrkən, faiz xərcləri 34 faiz artaraq 335.2 mln. manata, qeyri-faiz xərcləri isə 27 faiz artaraq 1 mlrd. 92.2 mln. manata yüksəlib.

Cari ilin 5 ayında banklar tərəfindən ümumilikdə 107.4 mln. manat məbləğində mənfəət vergisi ödənilib.

111222

Избранный
166
2
banker.az

10Источники