RU

Türkiyədən sərt reaksiya gəldi: Rum Patriarxlığı bəyannamədən çıxarıldı

Fənər Rum Patriarxlığı 15-16 iyun tarixlərində İsveçrədə keçirilən Ukrayna Sülh Zirvəsindən sonra ictimaiyyətlə paylaşılan ortaq bəyannamədən çıxarılıb.

KONKRET.az türk mediasına istinadən xəbər verir ki, Türkiyənin sərt reaksiyası nəticəsində sammitdən günlər sonra əlavə edilən Ukrayna Sülh Zirvəsinin birgə bəyannaməsindən patriarxlığın adı çıxarılıb.

Türkiyə müştərək bəyannaməyə əlavə edilərkən siyahıya daxil edilməyən Fənər Rum Patriarxlığı toplantının bitməsindən günlər sonra siyahıya əlavə edilmişdi.

Xarici İşlər Nazirliyinin reaksiyasından sonra İsveçrə və Ukrayna hakimiyyəti yeni siyahı dərc edərək Fənər Rum Patriarxlığının adını siyahıdan çıxarıb.

Qeyd edək ki, sammit çərçivəsində xarici işlər naziri Hakan Fidanın Keniya xarici işlər naziri ilə birlikdə qida təhlükəsizliyi panelində moderatorluq etməsi gözlənilsə də, toplantıdan bir gün əvvəl buraya İsrail və Rum Administrasiyasının da dəvət edildiyi öyrənilib.

Hakan Fidan Sammitin əsas sessiyasında çıxış etdikdən dərhal sonra iclas zalını tərk edib. Ondan sonra danışan natiqlərə qulaq asmayıb və həmin axşam başqa görüşlərdə iştirak etməyib. Nazir hətta bazar günü moderatorluq edəcəyi paneldə iştirakdan da imtina edib və dərhal Türkiyəyə qayıdıb.

Günel Mikayılova,

KONKRET.az

Избранный
100
konkret.az

1Источники