RU

Amerika Kuboku: Panama ABŞ ilə, Uruqvay isə Boliviya ilə üz-üzə

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Amerika Kubokunun C qrupunda qərarlaşan komandaların görüşündə Panama ABŞ ilə, Uruqvay isə Boliviya ilə qarşılaşacaq.
Oxu.Az xəbər verir ki, hərəyə üç xalı olan Uruqvay və ABŞ iyunun 28-də keçiriləcək görüşdə də qalib gələrək mövqelərini gücləndirmək niyyətindədir.
Hazırda xalsız olan Panama və Boliviya seçmələri isə qələbə qazanaraq növbəti mərhələyə adlama şanslarını davam etdirmək istəyirlər.
Qeyd edək ki, Uruqvay ilk görüşdə Panamanı 3:1, ABŞ isə Boliviyanı 2:0 hesabı ilə məğlub etmişdi.
28 iyun
C qrupu
Panama - ABŞ
Saat 02:00, "Mercedes-Benz Stadionu"
Uruqvay - Boliviya
Saat 05:00, "MetLife Stadionu"
Избранный
234
50
oxu.az

10Источники