RU

O, yalan deyir: Nikol bizi Qarabağda pis duruma saldı

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Qarabağın Rusiya tərəfindən Azərbaycana verilməsi ilə bağlı açıqlamaları başdan-başa yalandır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin deyib.

"Cənab Qriqoryan Nikol Paşinyandan da böyük rusofobdur və bir sıra hallarda o, şefinin ağlına gələni öz dilində proqnozlaşdırır və ya ictimailəşdirir. Bu kontekstdə söhbət açıq-aşkar yalanlardan gedir", - K.Zatulin bildirib.

Rusiyalı deputat qeyd edib ki, Qarabağ Ermənistanın Baş naziri Nikol Paşinyan üçün təkcə lazımsız deyil, həm də daxildə zərərlidir, ona görə də o, qərbli dostlarının yolunu seçib.

"O, Rusiyanın Qarabağdakı sülhməramlı missiyasını çətin vəziyyətə saldı, görünür, bu, onun Qərblə yeni dostluğunun şərti idi, çünki Qərbin Qarabağda Rusiya sülhməramlılarına ehtiyacı yoxdur. Gümrüdə Rusiya bazasının olması, görünür, növbəti suallardır və bunu cənab Paşinyanın tərəfdarları və özü heç bir halda gizlətmir", - Zatulin vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
190
32
milli.az

10Источники