İndiyədək Şuşada 20-yə yaxın sahibkara şərait yaradılıb.
Bu barədə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov iyunun 28-də Şuşada “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, Şuşaya gələn turistlərin sayında artım müşahidə edilir: “Milli Qurtuluş Günü və Qurban bayramında Şuşaya 13 minə yaxın turist gəlib. Eyni zamanda, Daşaltı kəndi ərazisində turizm infrastrukturunun qurulmasına başlanılıb. Sahibkarları Şuşada yaradılmış əlverişli investisiya mühitindən yararlanmağa dəvət edirik”.